Yeni dogulan körpə necə geyindirilməli?

Yeni dogulan körpə necə geyindirilməli?

Hamilə olarkən körpənizi qucağınıza almağı səbirsizliklə gözlədiyiniz o həyəcan dolu günlərdə körpənizə geydirəcəyiniz paltarları da düşünürsünüz. Yeni dogulan körpələr həssas bir bədən quruluşuna sahibdirlər, buna görə yeni doğulmuş körpə geyimlərini seçərkən diqqətli olun.

Dünyayla ilk tanışlığında həssas olan bədəni, müxtəlif təhlükələrə (xəstəliklərə və s.) qarşı müdafiəsizdir. Bu səbəbdən yeni dogulan körpələr üçün paltar seçərkən diqqət yetirməli olduğunuz bəzi şeylər var. Körpələr ilk doğulduqları zaman çox üşüdüklərini fikirləşərək qat-qat geydirilir, otaq istiliyi hətta yetkin bir insan üçün çox isti səviyyələrə gətirilir. Bu səhv və təhlükəli bir tətbiqdir. Yenidoğulmuş uşaqların tərləmə yolu ilə artıq istiliyi bədənindən xaric etmə qabiliyyəti hələ inkişaf etməmişdir. Yüksək otaq temperaturu və yeni doğulmuş körpənin qalın geyimi yüksək tempratura səbəb olan ən vacib amillərdir. Bu vəziyyət doğuşdan sonrakı dövrdə böyük bir təhlükə yaradır. Mütəxəssislərin tövsiyələrinə görə otağın temperaturu yenidoğulmuş dövrdə 24 dərəcə ilə 26 dərəcə, sonrakı dövrdə 22-24 dərəcə arasında olmalıdır.

İlk aylarda kombinezonlara üstünlük verilə bilər. Yay aylarında tək qat geyim seçim edilərkən, qışda 2 qat geyinmək kifayət edəcəkdir. Yeni dogulan körpələr üçün geyim məhsulları tərləməyi və həssas bədənə nəfəs almağı təmin edən pambıqdan hazırlanmalıdır. Yenidoğulmuş uşaqları geyindirərkən tüklü paltarlardan, metal və ya sərt əşyalardan və bir çox tikişli paltarlardan uzaq durmaq lazımdır.

Bundan əlavə körpənizin paltarının seçərkən bunlara diqqət etməlisiniz.

• Körpənizin paltarını yaşına deyil, çəkisinə görə almalısınız. Körpələr ilk bir neçə ayda çox sürətlə böyüyür və paltarları tez bir zamanda kiçik gəlməyə başlayır. İlk aylarda 0-6 ay ölçülərdə geyimlər almaq daha faydalıdır.
• Boyundan ayaqlarına qədər sepli və ya cırt-cırtlı olan geyimlərə üstünlük verilməlidir. Uşaq bezi tez-tez dəyişdiriləcəyi üçün alt asanlıqla açılmalıdır. Geniş yaxalı olması baş qismindən asanlıqla keçməsinə imkan verir.
• Pambıqdan hazırlanmış paltarlar körpə dərisinə uyğun gəlir.
• Paltar seçərkən həmişə istifadə və yuyulma təlimatlarını oxuyun. Həm istifadədə, həm də paltar yuyarkən sizə kömək edəcəkdir.
• Hava istiliyini nəzərə alaraq körpənizi geyindirin. Xüsusilə qışda çox qalın paltarları üst üstə geyindirməyin.
• Həddindən artıq dar corablar və geyimlər hərəkətlərinin qarşısını alacaqları üçün çox uyğun deyil. Xüsusilə dar corablarda ayaqları hərəkətsiz qalacaqdır.
• Uşaq geyimlərinin tikiş yerləri körpəni qaşındırmamalı və qalın, sərt olmamalıdır.
• Tüklü, rəngi tez çıxan qış geyimlərinə diqqət etmək lazımdır.

Eynilə, körpəsini daim qucağına alan ana, paltarını seçərkən buna diqqət yetirməlidir. Körpələr ilk aylarda davamlı olaraq qusa bilər və uşaq bezlərindən sidik sıza bilər. Bu səbəblə ananın paltarları da asanlıqla yuyula bilər. Əlavə olaraq ətirli və rəngli yuyucu vasitələr əvəzinə daha qoxusuz və ətriyyat olmayan yuyucu vasitələrdən istifadə edilməlidir.

Leave a Reply

Your email address will not be published.