Usaq nagillari və önəmi

Körpələr yuxuya getmədən əvvəl nağıl dinləməyi sevirlər. Bu körpələri sakitləşdirir. Həmçinin,
yuxuya hazırlayır və ana ilə körpə arasındakı emosional əlaqəni gücləndirir.
Valideynlər nağılları daha çox uşaqlar istədikləri üçün və daha rahat yuxuya getmələri
üçün danışırlar. Əslində, uşaqlarımıza söylədiyimiz bu usaq nagillari yuxu gətirməkdən başqa bir çox faydası var. Belə ki, həyat həqiqətlərini, yaxşı ilə pisin, haqla yanlışın, gözəlliyin və çirkinin fərqini nağıllarla izah edirik. Uşaq nağılları sayəsində biz uşaqlarımıza yol göstərmiş oluruq.


Xüsusilə, televizorların, planşetlərin və kompüterlərin həyatımıza qarışması ilə diqqətdən kənarda qalsa da, usaq nagillari həyatımıza yenidən daxil etməliyik. Həmçinin, uşaqlarımızı bu gözəl ənənə və təcrübələrdən məhrum etməməliyik. Nağılların təsiri ilə böyüyən uşağın söz ehtiyatı zəngin, nitqi isə rəngarəng olur. Psixoloqlar deyir ki, uşaqlar artıq iki yaşından başlayaraq nağılları dərk edirlər. Nağıllar sayəsində uşaqların həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir.


Uşaqlarınıza usaq nagillari danışın, mahnılar əzbərlədin və birlikdə oxuyun. Sonra isə bunu onlara hər yerdə
danışın. Bir çox ailələr bunun üçün vaxtlarının olmadığını düşünürlər. Ancaq nağıl avtobusda, bazarda və
ya parkda da danışıla bilər.

Leave a Reply

Your email address will not be published.