Uşaq geyimləri və sağlamlıq

Uşağınızın sağlamlığı üçün paltarlarına diqqət yetirin.

Ana ata olaraq, uşaqlarımızın sağlamlığını düşünürüksə əlbəttə ki, onların geyimlərinə də fikir verməliyik.
Uşaq geyimləri alarkən, paltarda yun olub-olmamasına diqqət yetirilməlidir. Çünki, yun əsasən eqzema olan uşaqlarda qaşınmaya səbəb ola bilər. Buna görə də, dəri ilə birbaşa təmasda olan paltarlarda 100 % pambıq olmalıdır.
Nəticə etibarı ilə, corablar dəri ilə birbaşa təmasda olduğu üçün, xüsusilə alergiyası olan uşaqlar 100 % pambıq olan corablardan istifadə etməlidirlər. Göründüyü ki, uşaq geyimləri çox həssas bir mövzudur.


Dərinin yağ təbəqəsi incə olduğundan körpələr və xüsusilə də erkən doğulmuş uşaqlar istiliyi çox asanlıqla itirirlər. Bu səbəbdən də, yetkinlərə nisbətən bir qat daha çox paltar geyinməlidirlər. Bu halda, bədən istiliyi qoltuq altından ölçüləndə 37 dərəcədən aşağı düşməməlidir.

https://maral.az/korpenizi-geyindirerken-bunlari-bilmelisiniz/

Uşaq arabası ilə çölə çıxarkən körpə qorunmalıdır. Məsələn, körpəyə kombinezon geyindirə bilərsiniz. Körpələrin paltarları asanlıqla geyinib çıxarıla bilən, ayaqlarını və qollarını içinə sala bilən, hərəkətlərini məhdudlaşdırmayan paltarlar olmalıdır.
Yay aylarında isə xüsusilə, uşaqlarda tez-tez rast gəlinən gün vurmasına qarşı papaqlar mütləq istifadə olunmalıdır. Uşağın papağa etiraz etməməsi üçün isə, onun da sevəcəyi bir rəngdə olması məqsədəuyğundur.

Xüsusilə, yeni doğulmuş körpənin paltarını, təri çəkən və dərinin havalandırılmasına imkan verən parçadan tikilməsinə diqqət yetirilməlidir. İlk aylarda alt paltarlar üçün kombinezonlar bundan başqa corab, əlcək və papaq geyindirilməlidir. Körpələrin əlləri və ayaqları ümumiyyətlə soyuq olacağından,onların üşüyüb üşümədiklərini sinə və kürəklərindən yoxlanılmalıdır.

Körpələr yetkinlərdən bir qat daha çox geyindirilə bilər. Körpə yatarkəndə üstünün örtülməsinə xüsusi diqqət edilməlidir. Paltarları yenidoğulmuş körpənin hərəkətlərini məhdudlaşdırmamalıdır. Körpənin sıx bir şəkildə bələnməsi onun nəfəs almasına və bud-çanaq oynağının inkişafına mane ola bilər.

Körpə geyimində nəzərə alınmalı olan başqa bir şey də paltarların yumşaq və elastik olmasıdır. Yumşaq parçalar körpənin dərisini zədələmir və incitmir. Digər tərəfdən, elastik parçalar uşağın hərəkət dairəsini məhdudlaşdırmır və rahatlıq verir.

Leave a Reply

Your email address will not be published.