Uşaq Bürcləri

Uşaq Bürcleri

Bürclər bir çox insanın marağını çəkir. Bəzi insanlar öz bürcləri ilə bağlı hadisələri hər gün qəzetlərdən oxuyurlar. Bürc məlumatlarına görə qərarlar verirlər. Söhbət körpə olarsa bəzi ana namizədləri hamilə qalınca dərhal körpəsinin bürcünü hesablayırlar. Gəlin sizə uşaq bürcleri, bu bürclərin xüsusiyyətlərini açıqlayaq.

Bürclərin xüsusiyyətləri

Qoç bürcü uşağı

(21 Mart- 20 Aprel): Qoç bürcündən olan uşaqlar çox hərəkətli və enerjili olurlar. Buna görə bu uşaqların disiplinə ehtiyacları var. Hər zaman öz istədiyi olsun deyə gözləyərlər. Diqqətin öz üzərində olmasından xoşlanırlar.  İnadkar olurlar və hər şeyə sahib olmaq fikrinə sahibdirlər.  Bu səbəbdən oyuncaqlarını digər uşaqlarla paylaşmağı sevmirlər. Tələsik olan Qoç körpələri yaşıdlarına görə daha tez gəzib danışa bilirlər.

Buğa bürcü uşağı

(21 Mart- 21 May) Bu bürcdən olan uşaqlar çox seçicidir, hər şey ayağına gəlsin istəyir. Xəstəliklərə qarşı çox davamlı deyil. Çox hərəkətli bir uşaq olmasa da, səliqəli və təmiz olmağı sevir. Bir geyindiyini bir daha geyinmək istəməyə bilər. Onun dominant xüsusiyyətlərindən biri inadkarlığıdır. Üstünə gəlindiyi zaman cavab verməz. Ona paylaşmağı və həssas olmağı səbrlə öyrətmək lazımdır. Buğa körpəsi bürcü onunla maraqlanmasından və ona sevgi göstərilməsindən çox xoşlanır. Rahatlıq onun üçün çox vacibdir. Fərqli və qeyri-adi oyuncaqları sevir. Yeni şeylər öyrənməkdə tələsmir, istədiyi vaxt öyrənir. Əsasən onlar musiqiyə meylli uşaqlardır.

Uşaq bürcleri ilə bağlı başqa yazılarımız da olacaq!

Əkizlər bürcü uşağı

(22 May-21 İyun): Çox aktiv, səbirsiz və danışqan bir körpədir. Hər şeyi soruşar. Hər kəsin onu dinləməsini istəyir. Ətrafının çox olmasından xoşu gəlir, tək qalmağı sevmir. Hissləri dəyişkəndir və qərarsızdırlar. Bir şeyə çox vaxt ayırmır, tez sıxılır. Bu səbəblə marağını canlı tutacaq şeylərə ehtiyac duyar. Əkizlər körpəsi yaxşı ünsiyyət bacarıqlarına malikdir və tez öyrənirlər. Asılı olmaqdan xoşlanmırlar, öz bildiklərini etmək istəyirlər.

Xərçəng bürcü uşağı

(22 İyun- 22 İyul): Xərçəng bürcündən olan uşağın enerjisi digər bürclərə görə daha aşağıdır. Onlar sakit uşaqlardır. Xərçəng bürcündən olan körpə hisslərini çox sıx yaşayır, çox ağlağan olurlar. Onu davamlı qucağa almaq, ona toxunmaq çox vacibdir. Anasını çox sevir, belə ki, bitişik əkizlər kimi gəzə bilərlər. Evdəki narahatlığı çox tez hiss edir. Xərçəng bürcündən olan körpə yemək yeməyi sevir. Hafizəsi çox yaxşıdır. Ailəsini çox sevir. Bu səbəblə ailə mühitində güvəndə olduğunu , qorunduğunu və qəbul olunduğunu hiss etməlidir. Dəyişikliyi sevmir.

Şir bürcü uşağı

(23 İyul- 23 Avqust): Şir, bürclər arasında ən səxavətli olanıdır. Bu insanlar canlı olan və həyata asanlıqla necə bağlanacağını bilən insanlar olurlar. Şir uşağı səs-küylü bir uşaqdır. Diqqət mərkəzində olmağı sevir. Rəqabət aparmağı xoşlayır. Şir bürcündən olan uşaqlar bir az dəcəl olurlar. Hər şeyin ən böyüyünə və ən yaxşısına sahib olmaq istəyirlər. Qadağalardan heç xoşlanmazlar. Qadağa qoyulduqda çox əsəbi ola bilirlər. Duyğularını şişirdilmiş şəkildə ifadə edir. Öz qərarlarını özü vermək istəyir. Dostlarıyla bir yerdə olanda bütün məsuliyyəti, rolunu və oyuncaqlarını paylaşmaqda çox çətinlik çəkər. Qaydaları onun qoymasını istəyir. Adətən lider ruhlu biridir, başqalarına hökm etməyi sevir. Ona hər zaman ağa olmayacağıını demək lazımdır. Bunu edərkən onu başqalarının yanında xəbərdar etməkdən və utandırmaqdan qaçınmalısınız.

Qız bürcü uşağı

(24 Avqust-22 Sentyabr): Ümumiyyətlə səssiz, sakit bir xüsusiyyəti vardır, özü özünü diqqətini yayındıra bilir. Yemək, çimmək və oynamaq kimi hadisələrin eyni vaxtda olmasından xoşu gəlir. Yəni nizamı sevir. Qız bürcü ağıllı, diqqətli və aktivdir. Evcanlıdır, özünə qapalıdır buna görə də dostlarıyla uyğunlaşmaqda çətinlik çəkə bilər. Təbiətcə utancaqdır, təriflənməyi və öyünməyi sevmir. Ciddi qəbul edilməsinə çox diqqət yetirir və başqalarını idarə etməkdən keyif alır. Bu körpələr qazlı olur, hər şeyi həzm edə bilmirlər. Buna görə qida mövzusunda seçici ola bilərlər. Öz işini özü görmək istəyir. Ona müdaxilə edilməsindən heç xoşlanmaz. Rutinə ehtiyac duyur, Qız bürcünün özünü təhlükəsiz hiss etməsi üçün həyatlarında müəyyən bir nizam vacibdir. Dəyişiklikləri sevmir. Özünü yayındırmağı bacaran bir körpədir.

Tərəzi bürcü uşağı

(23 Sentyabr-23 Oktyabr): Tərəzi körpəsi diqqətdən zövq alır. Sakit və sevimli görünən bir uşaqdır. Sosial və paylaşandır. Başqalarından davamlı icazə almağı xoşlayır. Bir geyindiyini bir daha geyinməz. Ümumi olaraq qərarsız bir xüsisiyyəti vardır. Bu səbəbdən qərar vermə və təşəbbüskarlıq qabiliyyətlərini inkişaf etdirməsi üçün ona dəstək olmaq lazımdır. Bundan əlavə, yaxşı, sakit və sözə qulaq asan bir uşaqdır. Həm də rahatlığına çox düşkündür. Ümumiyyətlə onlar musiqi və teatrda istedadlı uşaqlardır.

Əqrəb bürcü uşağı

(24 Oktyabr- 22 Noyabr): Bu bürcdən olan uşaqlar çox qısqanc olurlar. Valideynlərini və əşyalarını heç kimlə bölüşmək istəmirlər. Bəzən çox sosial, bəzən də çox içinə qapalı olurlar. Xasiyyət olaraq bir az aqressiv olurlar. Nə istədiyini açıqca ifadə edə bilən, diqqətdən zövq alan bir uşaqdır. Onunla güc mübahisəsi edə bilərsiniz, çünki o hər kəsin öz zamanına uymasını istəyir. Çox səmimi, açıq sözlü, sərbəstliyinə və gizliliyinə dəyər verən bir uşaqdır. Altıncı hissi çox güclüdür.

Oxatan bürcü uşağı

(23 Noyabr- 21 Dekabr): Oxatan bürcündən olan uşaqlar çox nəşəlidirlər. Sakit və anlayışlıdırlar. Bürclər arasında ən macerapərəst olanıdır. Maraqlı olduğundan oyuncaqlarını sökər. Beləliklə davamlı yenisini almaq məcburiyyətində qala bilərsiniz. Oxatan körpəsi açıq havada olmağı və müstəqil hərəkət etməyi sevir. Həm də rahatlığına çox həvəs göstərir. İnsanlarla çox asanlıqla əlaqə qura bilirlər. Bir qrupun üzvü olmaq istəyir. Səyahət etməyi sevən bir uşaqdır.

Oğlaq bürcü uşağı

(22 Dekabr-22 Yanvar): Oğlaq bürcündən olan uşaqlar xasiyyət olaraq sakitdirlər, tək qalmağı sevirlər. Buna görə də çox adam olan yerləri sevməzlər. Həyatı monoton olacaq. Məsuliyyəti asanlıqla götürə bilən, hər şeylə razılaşan bir uşaqdır. Digər uşaqlara nisbətən daha ciddi, intizamlı və səliqəlidir. Bundan əlavə diqqətli və qərarlıdır. Hər şeyə çox vaxt sərf edir və buna görə yavaş öyrənir. Öyrəndiklərini dəqiq bilmək istəyir. Utancaqdır və diqqətlərin üzərində olmasından o qədər də xoşlanmaz.

Dolça bürcü uşağı

(21 Yanvar- 18 Fevral): Hər şeyi yaxından araşdırmağı sevən Dolça bürcü uşağının xəyal dünyası da olduqca genişdir. Kəşf etməyi və sərbəst olmağı sevir. Həyəcanlı, fərqli gözlənilməz şeylərlə maraq duyar.Tək başına oyun qura bilməklə yanaşı dostları ilə də yaxşı münasibət qurur. Elektron alətlərlə maraqlanır. Lider xüsusiyyətini daşıyır. Hisslərini çox bəlli etməz, ağlamağı sevməyən bir uşaqdır. Duyğu və düşüncələrini ifadə etməkdə ona dəstək olunmalıdır.  Zarafatcıldır və dostları tərəfindən sevilir. Həyatını ani qərarlarla davam etdirməyi sevər.

Balıq bürcü uşağı

(19 Fevral-20 Mart): Həssasdır və tək qalmağı sevmir. Duyğularını ifadə etməyi sevmir. Həssas təbiəti sayəsində ailədəki narahatlığı tez bir zamanda dərk edir. Eqoist deyil, əksinə çox düşüncəli bir uşaqdır. Ətrafındakılardan dəstək istər.  Qorxaq bir xarakterə sahibdir. İntuisiyası və xəyal gücü çox güclüdür. Çox dərindən düşünür. Detalları xatırlamaqda o qədər də yaxşı deyil. Çox tez-tez kabuslar görə bilər. Rutin və planlaşdırılmış işləri sevmir. Məktəbdə qaydalara uyğunlaşmaqda çətinlik çəkə bilər. Buna görə də evdə nizam-intizamın olması onun üçün yaxşı olar. Tədricən ona intizamlı olmağı öyrədə bilərsiniz.

Uşaq bürcleri ilə bağlı mütəmadi olaraq anaları məlumatlandırmağa çalışacayıq.

Leave a Reply

Your email address will not be published.