Uşaq bələkləri və istifadə qaydaları

  

Uşaq bələkləri və istifadə qaydaları

Bələk, nənələrimizdən, hətta ulu nənələrimizdən bizə qalan bir üsuldur. Yəni uşaq bələmək köhnə bir  ənənədir.

  Əvvəllər, doğuşdan dərhal sonra başlayaraq aylarla möhkəm bir şəkildə körpə bələnirdi. Daha sonra, bu tətbiq körpənin bud-çanaq inkişafının qarşısını aldığından və bud çıxığına səbəb olduğu üçün tətbiq edilməməyə başlandı. Əslində, düzgün bir şəkildə həyata keçirilən örtünün körpənin rahat yatması, narahatlığı və qaz ağrısı üçün yaxşı olduğu artıq başa düşüldü və yenidən tövsiyə olunmağa başlandı. Hətta qış və payız ayları nəzərə alınaraq, soyuq havalarda yola çıxarkən istifadə olunacaq usaq belekleri də mövcuddur artıq.

Təcrübələr onu göstərir ki düzgün şəkildə edilən bələk faydalıdır. Yəni  ilk günlərdən başlayaraq körpəni geniş bələmək lazımdır. Bununla birlikdə əlbətdə əllər və ayaqlar möhkəm sarılmamalı və ayaqlar sərbəst olmalı, qollar təbii vəziyyətdə bükülməlidir. Bəs körpəni necə bələmək lazımdır.

1.            İncə, körpəni sıxmayan nazik bir  parça ilə bələk hazırlanmalıdır.

2.            Körpənin sakit olduğu zamanı seçməlisiniz

3.            24 saat ərzində körpə bələnməməlidir, fasilələr verilməlidir.

4.            Yalnız qollar çox sıx olmamaq şərti ilə təbii bir vəziyyətdə bükülməlidir.

5.            Bələnən körpə mütləq arxası üstə yatırılmalıdır.

6.            Bud və ayaq bükülməməlidir.

7.            Körpəmiz 4 aydan sonra dönməyə başlaya biləcəyi üçün bələnməməlidir.

Unutmayın ki bütün uşaqlar fərqlidir əsas odur ki uşaq özünü rahat və güvəndə hiss etsin.

Leave a Reply

Your email address will not be published.