Qayda & Şərtlərimiz

İstifadə Qaydaları

  1. İLKİN ANLAYIŞLAR

Satıcı – — Nömərli VÖEN ilə fəaliyyət göstərən MARAL.az saytı
Ziyarətçi – MARAL.az saytını yaxud bu domen daxilində istənilən veb-səhifəyə daxil olmuş istənilən şəxs (ingiliscə visitor anlayışına ekvivalent)
Məhsul – Saytda satılmaq üçün qoyulmuş əmtəə
Alıcı – Saytda satış üçün qoyulmuş Məhsulları istehlak etmək istəyən istənilən fiziki şəxs və ya Saytda Qeydiyyatdan keçmiş şəxs.

  1. ÜMUMİ QAYDALAR

Saytda Satıcı və Alıcı arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının müvafiq qanunları və beynəlxalq internet-etiketə əsasən tənzimlənir.
Sifariş edilmiş məhsula görə mülkiyyət hüququ Alıcıya Məhsulun dəyərinin tam şəkildə ödənilməsi və ona Satıcı tərəfindən çatdırılmasından sonra keçir. Çatdırılma prosesindən sonra məhsula dəyən ziyan yaxud itməsinə görə risklər Alıcının öhdəsinə düşür.
Ziyarətçinin Qeydiyyat zamanı daxil etdiyi məlumatlaırn düzgünlüyünə və etibarlı olmasına görə Sayt məsuliyyət daşımır.
Alıcının üçüncü tərəfə öz şəxsi məlumatını, o cümlədən unikal identifikatorunu (e-mail və parolu) verməsinə görə məsuliyyəti özü daşıyır.
Məhsulun dəyəri birtərəfli şəkildə Saytda göstərilmiş qiymətlərə əsasən təyin olunur.
Məhsulun dəyəri Saytda Azərbaycan Manatı valyutasında göstərilir.

  1. HÜQUQ VƏ VƏZİFƏLƏR

3.1. Satıcının hüquqları:
Ziyarəçtilərə aid konfidensial məlumatlardan satış və daha keyfiyyətli xidmət məqsədilə emal etmək
Birtərəfli şəkildə saytda yerləşdirilmiş Məhsulların qiymətini və Məhsula aid məlumatları dəyişdirmək yaxud silmək.
Məhsulun Qiymətinin 100% dəyərində əvvəlcədən ödənilməsini tələb etmək və məhsulun qiymətinin tam ödənilmədiyi şəkildə onu çatdırmaqdan imtina etmək
Alıcının göstərdiyi ünvana Çatdırılmaqdan imtina etmək

3.2. Satıcının vəzifələri:
Sifariş edilmiş Məhsulun razılaşdırılmış vaxtda və ünvanda tam, zədə olmadan Alıcıya çatdırılmasını təmin etmək
Ziyarəçti haqda konfidensial məlumatların təhlükəsiz saxlanılmasını təmin etmək.

3.3. Alıcının hüquqları:
Saytda Şəxsi kabinetdə Şəxsi, Çatdırılma və Ödəmə məlumatlarını dəyişdirmək
Səhvən çatdırılmış, yararsız Məhsulu heç bir təzminat vermədən geri qaytarmaq
Sifariş edilmiş Məhsul olmadıqda əvvəlcədən ödənilmiş pulun tam şəkildə qaytarılmasını tələb etmək

3.4. Alıcının vəzifələri:
Saytda göstərilmiş İstifadəçi Razılşaması, Məxfilik Müqaviləsi, Çatdırılma və Geri qaytarılma şərtlərini oxuyub qəbul etmək
Çatdırılmış Məhsulun dəyərini tam şəkildə ödəmək

  1. FORS-MAJOR
    Tərəflərin hər biri bu Razılaşmada göstərilən bəndlərə uyğun öhdəliklərinin həyata keçirilməsindən Fors-Major hallarında azad olur. Fors-major dedikdə Tərəflərin qarşısını ala bilməyəcəkləri qüvvələr nəzərdə tutulur: yanğın, daşqın, zəlzələ, vulkan püskürməsi yaxud digər təbii fəlakətlər müharibə yaxud silahlı qüvvələrin hərbi əməliyyatları,
    fövqəladə hal nəticəsində Saytın serverində məlumatların ötürülməsi, elektrik enerjisinin kəsilməsi və digər aradan qaldırılması Tərəflərin iradəsi və imkanları xaricində olan texniki məsələlər.

Tərəflər arasında münasibətləri tənzimləyə biləcək qanunvericilik aktlarının dəyişməsi

  1. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
    Cari Razılaşmanın həyata keçirilməsində yaranan problemlər ilk növbədə qarşılıqlı anlaşma yolu həll edilir.
    Qarşılıqlı anlaşma olmadığı şəkildə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və məhkəmə qərarı əsasə götürülür.