Açıqlama
İstər evinizin qapısından avtomobilinizin qapısına qədər olan məsafə olsun, istərsə də uşaq arabası ilə edilən uzun gəzintilər. Qış Qundağı asan istifadəsi və üşütməyən quruluşu ilə soyuq havaların əvəzolunmaz qundaqıdır.
Qış Bələyi, ulduz şəkilli dizaynı ilə geyinmə və soyunma prosesini asanlaşdırır. Ön tərəfində olan yumşaq cırt-cırtları sayəsində kənar qundağın möhkəmliyi istədiyiniz səviyyədə tənzimlənə bilər.
Ayaqqabıya çevrilən ayaqları sayəsində ayaqqabıdan istifadə edilməyə ehtiyac qalmır. Bir çox avtomobil oturacağı və uşaq arabası təhlükəsizlik kəməri sistemləri ilə uyumludur.
Rəngarəng seçimləri ilə Qış Bələkləri soyuq qış günlərində və ya sərin yaz-payız aylarında 0-6 aylıq körpəsi olan ana və ataların xilaskarıdır.
Qış Bələkləri soyuq havalarda körpələri isti tutması üçün, sərin havalarda isə bədən istiliyinin qorunması üçün hazırlanmışdır. İçi və kənarı 100 % poliester olaraq istehsal olunur. Poliester üst geyim olaraq bədən istiliyini qorumaq üçün sərfəlidir, istifadəsi və baxımı asandır.
Heç bir rəy yoxdur.