Laqeyid uşaq baxıcısı və əlamətləri

Uşaq baxıcısı öz işini yaxşı yerinə yetirib yetirmədiyini bilmək həmişə asan olmur. Bu yazıda sizə bəzi tövsiyələr verəcəyik.

Uşağınız baxıcısı uşağı qorxudursa və uşaq narahat olursa,içinə qapalıdırsa:

Çox zaman baxıcılarına alışması üçün uşaqların zamana ehtiyacı olur. Əvvəl ağlaya, küsə və hirslənə bilərlər. Bu normaldır. Ancaq uşağınız qorxmuş görünürsə və üzü gülmürsə bunu araşdırmaq lazımdır. Davamlı gələn baxıcı heç vaxt ana və atanı əvəz edə bilməz, ancaq uşaq da baxıcısının yanında özünü rahat hiss etməlidir. Bəlkə də övladınız və baxıcınız aralarında bir əlaqə qura bilmədi və ya uşaq baxıcısı uşağınızın ehtiyac duyduğu yumşaqlığı və rahatlığı təmin edə bilmədi. Hər hansı bir insan münasibətində olduğu kimi, düzgün kimyaya sahib olmaq vacibdir. (Əgər daha ciddi bir problem olduğunu düşünürsünüzsə uşaq istismarı ilə bağlı araşdırma aparın.)

Uşaq Baxıcısı gündəlik fəaliyyətləri barədə qapalı bir qutu kimidirsə:

Uşaq və baxıcının  gündəlik planları sirr olmamalıdır. Evə gəldikdə, uşağınızın gününün necə keçdiyini  bilmək istəyirsiniz. Əgər uşaq baxıcısı sizə məlumat vermirsə, deməli ya sizinlə yaxşı ünsiyyət qurmur, ya da gizlədəcək bir şeyi var.

Əgər uşağınız birdən çox asanlıqla qaçınılmaz bir qəza keçirmişdirsə:

Bir baxıcı gözünü uşağın üstündə tutmalıdır zədələnmələrdən qaçınmaq üçün hər an  nə etdiyini bilməlidir. Oyun oynayarkən uşağınızı tək qoymuş ola bilər!

İstəklərinizi yerinə yetirmədiyini hiss etdinizsə:

İkinizdə uşağınıza baxmaq üçün  birlikdə səy göstərirsiniz buna görə də baxıcı uşağa baxarkən sizdən daha çox şey bilirmiş kimi davranmamalıdır.

O, valideynliyinizi tənqid edirsə:

Bir qrup halında olmalısınız! Uşağınızın baxıcısı tərəfindən konstruktiv təkliflərə açıq olmalısınız. Ancaq qidalanma, yuxu və təhlükəsizlik kimi əsas mövzularda fikir ayrılığına düşsəniz, münasibətləriniz uzunmüddətli bir nəticə verməyəcəkdir.

Baxıcı çox vaxt gecikirsə:

İşinə bağlı və ehtiyaclarınıza qarşı anlayışlı bir uşaq baxıcısı tapın. İşə gecikmək və səbəbsiz bəhanələr digər məsələlərdə də ona etibar edə bilməyəcəyinizin  işarəti ola bilər.

Əgər uşağınız nəzarətsiz və çirkli görünürsə:

Uşaqlar oynayarkən üstlərini-başlarını çirkləndirirlər. Ancaq hər zaman belə bir vəziyyət varsa, bu problemdir.

Baxıcının dedikləri üst-üstə düşmürsə:

Sizdən oğurluq edən, yalan danışan və sizi aldadan bir baxıcıya heç vaxt dözüm göstərməyin.

Uşağınız daim ac və yorğun olarsa.

Uşağınız bütün gün yeməmiş kimi görünürsə və daim yorğun bir halı varsa deməli baxıcı davamlı yemək planını və yuxu vaxtlarına əməl etmir.

Uşaq baxıcısı haqqında pis bir hissiniz varsa.

Uşağınızın baxıcısı barəsində şübhə edirsinizsə, hisslərinizə güvənin. Əgər bir baxıcı sizdə yaxşı hisslər buraxmayıbsa yenisini sınayın.

Leave a Reply

Your email address will not be published.