Körpənin ilk yuxusu beşikdən başlamalıdır.

Körpənin ilk yuxusu beşikdən başlamalıdır.

Yenidoğulmuş körpənin rahat yatması üçün beşik seçməklə yanaşı, yuxudan əvvəl və sonrakı mühit də çox vacibdir.

Şübhəsiz ki, yuxu körpənizin inkişafındakı ən vacib amillərdən biridir. Beşik seçimi körpələrin yaxşı yuxu və sağlam inkişafı üçün çox vacibdir. Körpə xəstəxanadan evə gəldikdən sonra anasının baş ucunda ancaq öz beşiyində yatmalıdır.

   Yeni doğulmuş körpə heç vaxt anasının qucağında yatmamalıdır. Bir çox körpə ölümü bu səbəbdən baş verir. Körpə beşiyində arxası üstə yatmalıdır. Təbii ki, yataqdakı hər şey ən yüksək səviyyədə rahatlıq təmin etmək üçün təbii parçalardan hazırlanmalıdır. 1.5-2 yaşa qədər körpələr beşikdən istifadə etməlidirlər.

Yuxu zamanı həm fiziki həm zehni yorğunluğun aradan qaldırıldığını və dərin yuxunun körpələr üçün böyümənin əsas  şərt olduğunu nəzərə alsaq, körpə beşiklərinin nə qədər vacib olduğunu daha yaxşı başa düşmək olar. Körpənizin sağlamlığı və təhlükəsizliyi hər şeydən vacibdir. Buna görə də, yanında olmadığınız zamanlarda da körpənizin təhlükəsiz olduğunu bilməlisiniz.

Leave a Reply

Your email address will not be published.