Korpe 6 addımda necə yuxuya gedəbilər?

Korpe yatırarkən etməməli olduğunuz 6 səhv sizlər üçün qeyd edirik.

O möcüzəvi xəbər aldınız. 9 ay dost oldunuz. Gözlədiniz, bəslədiniz, böyütdünüz. Yuxusuz  qaldınız.  Səsinizi belə çıxarmadınız. Hər şeyi o  rahat yatsın deyə elə edirdiniz. Bu qədər həssas yuxuya sahib  mələkləri yatmağa yola salarkən diqqət yetirməli bir neçə ipucu var. Hər bir valideynin etdiyi bəzi səhv tətbiqlər var. Bəs korpe necə yatırılır? Bu gün onları paylaşaq və dərdlərinizə bir dərman olaq.

1. Ən əsası: Korpe və yuxu rejimi

Körpənizin yuxu rejimində kifayət qədər tutarlı olmalısınız. Keyfiyyətli yuxu üçün hər gün eyni saatları seçin. Yuxu vaxtlarını dəyişdirmək körpənizi və sizi yora bilər. Eyni zamanda yatmaq demək olar ki, qeyri-mümkün ola bilər, heç olmasa yaxın saatlara üstünlük verməlisiniz. Övladınızı rahatlaşdıran hərəkətlər edərək yuxuya hazırlaya bilərsiniz. Ona görə onu yatırmağa çalışmaq sizin və körpəniz üçün kabus olmaz.

2. Korpe yuxusunu bölməyin

Yuxudan oyandırmağın nə qədər əsəbi olduğunu təsəvvür edə bilərsiniz. Buna görə bunu etməyin.Körpəniz yatarkən, lazım olmadığı müddətdə uşaq bezini dəyişdirməyin. Körpəniz böyük tualetini etdiysə, təbii ki dəyişdirin. Bezi dəyişdiyinə görə körpənizin yuxusunu kəsmək istəmirsinizsə, uducu gecə bezlərindən istifadə edin və dərisinin nəmə məruz qalmaması üçün yuxudan əvvəl qoruyucu krem sürtün.

3. Qaranlıq mühitlərə üstünlük verilməlidir.

Korpe yuxusu çox qeyri-sabit ola bilər. Gündüz yatan və gecə yuxudan oyanan uşaqlar valideynləri üçün bir çox problem yarada bilər. Bu vəziyyət təbii olaraq valideynləri bir körpə necə yatızdırılmalıkimi araşdırmalara məcbur edir.Budur sizə bir ipucu: Körpənizi yatırarakən otağın qaranlıq olmasını təmin edin. Bu vəziyyət körpənizə gecə yatmağı öyrədəcək bir davranışdır. Qalın, tünd pərdələr sizə kömək edəcək parçalardır.

4. İmpulsiv olmayın

Yenidoğulmuş körpəyə qulluq valideynlər üçün təcrübə edilərək öyrənilən bir müddətdir.Buna görə bəzi valideynlər çox həyəcanlı ola bilərlər. Körpəniz yuxu zamanı səslər çıxara bilər,  hətta ağlayada bilərlər. Çox vaxt bu, ac qaldığı və bezini çirkləndirdiyi mənasına gəlmir. Onun yanına getməyin. Buraxın müəyyən bir müddət davam etsin.Tək başına sakitləşib-sakitləşmədiyini görmək sizin üçün yaxşıdır.Əks təqdirdə, hər dəfə ağladıqda birinin ona tərəf qaçdığını hiss etmək gələcəkdə şəxsiyyət pozğunluğuna səbəb ola bilər və hər zaman bu diqqəti sizdən gözləyə bilər. Körpənin inkişaf müddətini birbaşa təsir edən bu davranışlara diqqət yetirmək valideynlərin ən böyük vəzifəsidir. Körpəniz ilk 6 aya qədər sizinlə yata bilər. Ancaq sərbəst yatması üçün 6 aydan sonra otağınızı paylaşmağı dayandırmalısınız.

5. Otağın istiliyinə diqqət yetirin

Körpəyə qulluq mövzusunda  hər başdan fərqli düşüncələr çıxa bilər.Xalq arasında bilinən əfsanəyə görə körpələr isti mühiti sevirlər. Bu məlumatın səhv olduğunu vurğulamalıyıq. Körpələr üçün ideal otaq temperaturu 20-21 dərəcədir.Yatarkən onu isti və sıxacaq paltarlar geyindirməyin.İstidən sıxılmağa başlayan körpə yata bilməyəcəkdir.

6. Körpənin Yatış forması

“Körpəni necə yatızdırmaq olar?” Şübhə doğuran məsələnin əsas məqamı budur. Bir çox valideyn bir fikir sahibi olmaq istəyir: Körpələri necə yatırmaq olar?Körpələrin üzü üstə yatırmaq mütəxəssislər tərəfindən tövsiyə edilmir, çünki Ani Uşaq Ölümü Sindromu kimi problemlərə səbəb olur.Bir çox valideyn körpənin qusma boğduğundan arxası üstdə yatızdırmaqdan çəkinə bilərlər. Bu həqiqət bilinən səhvlərdən biridir. Körpələr üçün arxası üstdə yatış forması  ən sağlam və ən təhlükəsiz vəziyyətdir.

Leave a Reply

Your email address will not be published.