Körpə geyimləri və bilməniz gərəkənlər

Analar uşaqlarını ana bətninə düşdüyü ilk andan etibarən diqqətlə qorumaq fikrinə sahibdirlər. Çox diqqətli davranılması lazım olan körpəlik mərhələsində körpələrə həssaslıqla yanaşmaq lazımdır. Bu mərhələdə Körpə geyimləri seçimi vacib məqamlardan biri olacaqdır.

İlk baxışdan bütün korpe geyimleri çox şirin bir görünüşə sahib ola bilər. Bununlabirlikdə, parça və aksesuarların xüsusiyyətlərinə diqqət yetirildikdə, şirin görünən bir paltar körpəyə zərər verə bilər. Bu səbəbdən də paltar alarkən görünüşündən çox parçaya diqqət yetirilməlidir. Son illərdə körpə geyimləri üçün nəfəs ala bilən parçalar istehsal olunduğundan, körpənin dərisi bədəndəki havanın keçməsinə maneə törətmədən sağlam bir şəkildə nəfəs ala bilir.Belə ki, bu tip parçalar allergiyaya və ya dərinin zədələnməsinə səbəb olmur. Bu paltarları seçməklə körpənizin dəri sağlamlığını ciddi şəkildə qoruya bilərsiniz.

Körpə geyimində nəzərə alınmalı olan başqa bir şey də paltarların yumşaq və elastik olmasıdır. Yumşaq parçalar körpənin dərisini zədələmir və incitmir. Digər tərəfdən, elastik parçalar uşağın hərəkət dairəsini məhdudlaşdırmır və rahatlıq verir.

Körpə geyimləri alarkən unutmayın

Körpə geyimləri seçərkən edilən səhvlərdən biri də anaların, xüsusilə ilk övladını dünyaya gətirməyə hazırlaşan anaların uşağın sürətli fiziki inkişafını nəzərə almadan çox paltar almasıdır.Belə ki, yenidoğulmuş körpələr çox tez böyüdükləri üçün alınan paltarları 1-2 dəfədən çox geyinə bilməzlər. Bu yaşda körpələr üçün ən çox seçilən geyim növü uşaq kombinezonlarıdır. Uşaq kombinezonları ilə yanaşı cırt-cırtlı köynəklər, pijama dəstləri, t-shirt, corab və şlyapa da uşaqlar üçün mütləqdir. Digər tərəfdən don, yelək, şalvar və sviterdə qışda doğulan körpələr üçün əvəzolunmaz tekstil məhsullarındandır.

Həmçinin, yeni doğulmuş çağından çıxan bir körpə üçün alınacaq geyimlər, yeni doğulmuşlardan fərqli xüsusiyyətlərə sahib olmalıdır. Uşağın təkbaşına hərəkət etməyə və oyun oynamağa başladığını nəzərə alaraq, rahat geyimlər alınmalıdır. Həm də bu dövrdə körpələrin təkbaşına yemək istəyi, rəngli əşyalara olan marağı və oyunda nümayiş etdirdikləri yaradıcılıq nümunələri də nəzərə alınaraq ləkə tutmayan parçalardan tikilən paltarları seçim etmək ana üçün faydalı olacaqdır.

Unutmayın, böyüdükcə uşaqların öz seçimləri vacib olur. Ana paltarının rəngini və modelini seçərkən uşağa müraciət edərsə, bu hal uşağın xoşuna gələr. Ayrıca, uşaqlar bu dövrdə öz paltarlarını geyinməyə təşviq  edilməlidir. Geyinərkən kömək və müdaxilə etmək uşağın inkişafına mane olur və onu böyüklərdən asılı vəziyyətə gətirir. Bu səbəbdən geyinməsi və çıxarması asan olan paltar seçmək lazımdır.

Körpə geyimləri və onlara qulluq?

Uşaq paltarlarını yuyarkən parçanın sağlamlığını təmiz su və sabunla qorumaq olar. Bundan əlavə olaraq ətirli və rəngli yuyucu vasitələr əvəzinə qoxusuz və ətirsiz yuyucu vasitələrdən istifadə edilməlidir.  Paltarın xüsusi yuyulma qaydaları yoxdursa, parçanı deformasiya etmədən aşağı temperaturda yuyula bilər.

Yenidoğulmuş körpəni necə geyindirmək lazımdır?

Xüsusilə, yeni doğulmuş körpənin paltarını, təri çəkən və dərinin havalandırılmasına imkan verən parçadan tikilməsinə diqqət yetirilməlidir. İlk aylarda alt paltarlar üçün kombinezonlar bundan başqa corab, əlcək və papaq geyindirilməlidir. Körpələrin əlləri və ayaqları ümumiyyətlə soyuq olacağından, onların üşüyüb üşümədikləri sinə və kürəklərindən yoxlanılmalıdır.

Körpələr yetkinlərdən bir qat daha çox geyindirilə bilər.Xüsusilə, körpə yatarkəndə üstünün örtülməsinə diqqət edilməlidir. Paltarları yenidoğulmuş körpənin hərəkətlərini məhdudlaşdırmamalıdır. Körpənin sıx bir şəkildə bələnməsi onun nəfəs almasına və bud-çanaq oynağının inkişafına mane ola bilər.

Əmizdirərkən tutmağı asanlaşdırmaq üçün körpənin qolları örtülmüş vəziyyətdə sərbəst şəkildə bükülə bilər. Körpənizlə hər təmasdan əvvəl əllərinizin təmiz olduğundan əmin olun. Usaq geyimleri seçimində körpəni narahat etməyəcək, rahatlıqla başından keçəcək və altını dəyişdirəcək, insanın işini asanlaşdıracaq şəkildə olmalıdır.

Körpə Paltarları: Nələrə diqqət etməliyik?

  • Asanlıqla yuyula bilən paltarlara üstünlük verilməlidir. Körpənin dərisinə toxunmadan əvvəl bütün geyimlər yuyulmalıdır. Uşağın həssas dərisi və pH dəyəri nəzərə alınaraq həssas dəri üçün proqramlarda xüsusi hazırlanmış uşaq geyimi üçün olan yuyucu və yumşaldıcı maddələrlə yuyulmalıdır. Ağır kimyəvi yuyucu və ağardıcılardan istifadə etməyin. Körpə paltarları digər ailə üzvlərinin paltarları ilə qarışdırılmadan yuyulmalıdır.
  • Körpə geyimləri alarkən uşağın yaşını deyil, çəkisini əsas götürməlisiniz.
  • Uşağın hərəkətini məhdudlaşdıran geyimə üstünlük verilməməlidir. Satın alınan uşaq geyimləri həmişə elastik olmalıdır və uşağın hərəkət quruluşuna uyğun olmalıdır. Dar paltar almamağa diqqət edilməlidir.
  • Boyundan ayağa qədər düyməli və ya cırt-cırtlı olanlara üstünlük verilməlidir. Uşaq bezi tez-tez dəyişdiriləcəyi üçün alt asanlıqla açılmalıdır. Geniş yaxalı olması baş qismindən asanlıqla keçməsini təmin edir.
  • Körpə geyimi almadan əvvəl məhsula aid xüsusi istifadə qaydalarını oxuyun. Yuyulması və qurudulması çətin ola biləcək paltarlara üstünlük verilməməlidir.
  • Geyindirmə zamanı körpənin hələ də bədən üzvlərini normal bir şəkildə idarə edə bilmədiyi nəzərə alınmalı və yumşaq bir şəkildə lazımi əzalarını hərəkət etdirilməlidir. Bu vaxt körpəni çox sıxmamağa, tərs hərəkət etməməyə və əzalarını təbii axına uyğun geyinilməsinə diqqət edilməlidir.
  • Körpəni geyindirərkən baş qismindən paltar tez bir zamanda keçirtmək lazımdır.Soyundurarkən isə əvvəl ayaq və qolları çıxarılmalı,sonra paltar boyunda toplanıb arxadan önə doğru çıxarılmalıdır.
  • Soyunma zamanı körpə ilə söhbət həm körpəni rahatlaşdıracaq, həm də hələ danışa bilməsə də söz ehtiyatını artıracaq. Bir müddət sonra körpə də bu prosesə alışacaq və paltar dəyişmək əvvəlkindən daha rahat olacaqdır.
  • Paltarın üzərindəki düymələrin, cırt-cırtların və ya zəncir bəndlərin körpəni narahat etməyəcəyinə əmin olun. Düymələri kifayət qədər bərk, görünməyən və ya körpə udar deyə çox düymələri olan paltarlara üstünlük verilməməlidir.
  • Seçilmiş paltar tüklü olmamalıdır. Tüklü paltar həm körpənin ağzına girmək, həm də həssas dərilərini qıcıqlandırmaq baxımından çox zərərli ola bilər.
  • Çox qalın uşaq paltarları almağa üstünlük verməməlisiniz. Bunun əvəzinə uşağınızı qat-qat geyindirməniz soyuqdəyməyə qarşı körpənizi daha yaxşı qoruyacaqdır.

Leave a Reply

Your email address will not be published.