Ana-usaq münasibəti necə olmalıdır?

Ana-usaq (körpəsi ilə) münasibəti necə olmalıdır?

Sağlam bir ana-usaq münasibətləri, ananın övladına qarşı davranışından və mənəviyyatının sağlamlığından asılıdır. Hamiləlik dövrlərindən başlayan bu münasibət, doğuşdan sonrakı fiziki yanaşma və uşağı qidalandırmaqla davam edən ömürlük bir ünsiyyətin başlanğıcı olacaqdır.

Əlbəttə, bir uşağın ilk sevəcəyi və ən gözəl ünsiyyət quracağı insan anasıdır. Ananın övladını bəsləməsi, onunla maraqlanması, ona göstərdiyi sevgi uşaqda inam və sədaqət hissini gücləndirir. Bu münasibət sayəsində uşaq gələcəkdə öz həyatını düzgün şəkildə quracaqdır.

Mütəxəssis rəyi

Mütəxəssislər ana-uşaq arasındakı fiziki təmasın çox vacib olduğunu söyləyirlər. Uşağın ana qoxusu almasını, istiliyini hiss etməsi, onun səsini eşitməsi və göz-gözə baxışması nə qədər güclü olarsa, uşaq üçün ünsiyyət bir o qədər güclü olacaqdır. Ancaq, uşaq bu duyğulardan nə qədər məhrum olarsa, zehni və hətta fiziki problemlərin yaranma ehtimalıda o qədər yüksək olacaqdır.

Hər bir uşaq fəqrlidir

Hər bir uşaq ağıl, duyğu və digər amillər baxımından fərqli olaraq yaradılmış və böyüdülmüşdür. Hətta, öz qanlarından olan bacı-qardaşlarından belə fərqlənirlər. Xüsusilə, 4-5 yaşına qədər uşaq anaya daha çox bağlı olur. Ancaq uşaq bu yaş dövründən sonra fərd olmağa başlayır.

Bu dövr çətin bir müddətdir, ancaq ana tərəfindən dözülməlidir. Nəhayət, uşaq üçün ən yaxşı hədiyyə sevgi və məhəbbətdir. Bu, onlar üçün ən yaxşı miras olacaqdır. Ana-usaq münasibətinə daima fikir verin.

Leave a Reply

Your email address will not be published.